Yeni bir proqram təminatı hazırlamaq lazım olduğu zaman sahibkarların ilk düşündükləri sual budur: Kimə və ya hansı şirkətə hazırlada bilərik?

Çox zaman sahibkarlar bu işi bilərəkdən və ya bilməyərəkdən öz ətrafında olan proqramçıya və ya proqramlaşdırma üzrə ixtisaslaşmayan hər hansı bir şirkətə həvalə edirlər. Bunu yaxın birisinin və ya şirkətin daha güvənilir olduğunu düşündükləri üçün edirlər. Bu kimi hallarda çox zaman proqram hazırlandıqdan sonra gözlənilən nəticəni vermir. Bunun səbəbi proqram təminatının layihələndirilməsində olan kobud səhvlərdir. Çünki layihələndirilmə ancaq həmin proqramçılar və ya şirkətlərin bilik və bacarıqları çərçivəsində ya aparılır,  ya da heç aparılmır, sadəcə bildikləri texnologiyaları tətbiq edirlər. Yəni proqramda hansı texnologiyalardan istifadə edilməsi bir başa həmin proqramçının və ya şirkətin nə bildiklərinə bağlı olur. Mən hətta sifarişçinin istəklərinə görə veb olmalı proqamı desktop kimi yazıldığını eşitmişəm. Belə olanda isə nəticə hər zaman istənilən kimi olmur. Proqramın layihələndirilməsi hansı proqramlaşdırma dili, həmin proqramlaşdırma dilində hansı texnologiyalar, hansı arxitektura, hansı kod dizaynlar, hansı məlumat bazası və s. tətbiq edilməlidir kimi suallara cavab verməlidir. Bu suaların cavabı isə birbaşa həmin proqramın kategoriyasından, hansı mühitdə istifadə olunacağından, eyni zamanda nə qədər istifadəçi qoşulacağından, proqramda olacaq funksionallıqlardan, sahibkarın gələcəkdə həmin proqram üçün düşündüyü əlavə funksionallıqlardan və s. asılıdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir