İxtisas seçimi

Təqribən 10 və daha çox il bundan əvvəl Azərbaycanda hərkəsin yaxşı kimi tanıdığı ancaq iki sahə var idi. Birincisi neft sahəsi, ikincisi isə dövlət işi. Bunun səbəbi isə bizim uzun müddət SSRİ-nin tərkibində qalmağımız idi. Çünki 70 il ərzində SSRİ Azərbaycanı bir neft ölkəsi kimi bəsləmişdi. O vaxt daha yaxşı yaşayanların çoxu ya neft sahəsində, ya da dövlət işində çalışırdılar. Ona görə də, valideynlər öz övladlarını ancaq bu sahələrə yönləndirməyə çalışırdırlar. Düzdür, bu düşüncə hələ də bəzi rayon və ucqar kənd yerlərində qalmaqdadır. Amma ümumilikdə baxsaq son on ildə İT sahəsinə maraq sürətlə artmağa başladı. Qeyd etmək istərdik ki, biz heç bir halda o iki sahəni pisləmirik. Əlbətdə onların hər ikisi də yaxşı sahədir. Biz sadəcə demək istəyirik ki, əvvəllər Azərbaycanda təqribən 80%(bəlkə də daha çox) insanlar o iki sahədən başqa yaxşı sahə tanımırdılar. İT sahəsinə təsadüfən düşən şəxslərin bu sahədə uğur qazanması ilə bu düşüncə tərzi dəyişməyə başladı. İnsanlar öz ətraflarında öz evində oturaraq, heç bir fiziki iş görmədən sadəcə kompüter başında və sadəcə düymələr basaraq yüksək əmək haqqı qazanan şəxslər gördülər. Bu da insanların fikirlərini dəyişdirdi və İT sahəsinə maraq artmağa başladı. Bundan başqa texnologiyanın həyatımıza sürətli bir şəkildə daxil olması insanların bu sahəyə olan münasibətinə yaxşı mənada təsir etdi. Amma bu o demək deyil ki, kimin İT sahəsinə aid ixtisaslı diplomu olarsa uğur qazanacaq.

  1. Əgər siz həqiqətən texnologiyanı sevirsinizsə, günün müəyyən vaxtını kompüterlə keçirirsinizsə bu sahəyə aid ixtisas seçə bilərsiniz. 
  2. Əgər hərəkətliliyi sevirsinizsə bu sahə sizə uyğun olmaya bilər. Çünki bu sahədə günün çox saatını kompüter başında olaraq keçirəcəksiniz.
  3. Əgər siz öyrənməyi, yeni texnologiyalar tətbiq etməyi, daha çox biliyə sahib olmağı sevirsinizsə bu sahə sizə uyğun ola bilər. Çünki İT sahəsi çox sürətlə dəyişir. Yeni texnologiyalar yaranır və onlar istifadə olunmağa başlanılır. Siz də bu dəyişimi tutmaq üçün mütləq daim öyrənməlisiniz. 
  4. Bu sahədə uğur qazanmaq nədənsə və ya başqa bir kimdənsə aslı deyil. Bu bir başa sizin biliyinizdən, yəni sizin özünüzdən asılıdır. Nə qədər çox oxuyub nə qədər çox biliyə sahib olarsanız o qədər çox irəliləmiş olacaqsınız. 
  5. Kompüterdə və ya telefonda günün çox saatını oyun oynamaqla keçirmək sizin bu sahədə mütləq uğur qazanacağınız anlamına gəlmir. Çünki əyləncəni hər kəs sevir. Özünüzün bu sahəyə aid olub olmamağınızı dəyərləndirərkən mütləq əyləncə üçün keçirdiyiniz vaxtı nəzərə almayın.

Hal-hazırda çox az sahə tapıla bilər ki, orada İT həllər tətbiq edilməsin. Buna görə deyə bilərik ki, bu günün və sabahın ən prespektivli ixtisasları İT sahəsinə aid olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir