proqram

Yadımdadır mən ilk dəfə proqramlaşdırma haqqdında eşidəndə çoxlu suallarım yaranmışdı. Necə proqram yazırlar?, Nələrdən istifafə edirlər?,  Kodu harada yazmalıyam? və s. Universitetdə birinci kursda oxuyan zaman mənə ixtisas fənnlərdən dərs deyən müəllimlərin az qalsın hamsına vermişdim bu sualları. Amma nə yalan deyim axtardığım cavabları almamışdım. Bu yazımda sizə bunlar haqqda ətraflı məlumat verəcəm və sizin üçün C#-da ilk proqram hazırlayacam.

Proqram yazmaq üçün birinci bizə proqramlaşdırma dili lazımdır. Müxtəli proqramlaşdırma sahələri var və bu sahələr görə proqramlaşdırma dilləri dəyişir. Hansı proqramışdırma dilini öyrəncəyini bilmirsənsə “Hansı proqramlaşdırma dilini öyrənməliyəm?” adlı məqaləmi oxuya bilərsən.

Mən proqramlaşdırma dili olaraq C# dilini seçdim. Bilirəm indi ağlınızda belə bir sual yaranır. Niyə C# ?. Bunu qısa olaraq desəm C# mənim istədiyim bir dil idi. Mən bu dillə bir neçə proqramlaşdırma sahəsində proqram hazırlaya bilirdim.

IDE nədir?

Artıq proqramlaşdırma dilimiz var. İndi bizə elə bir proqram lazımdır ki biz orda kodumuzu yazaq. Bu tipli proqramlara IDE (Integrated Development Environment) deyilir. Proqramçıların proqram hazırlamaq üçün istifadə etdikləri text editorlar IDE adlanır. Müasir IDE -lər proqramçılara tez və doğru kod yazmaqla bərabər bir çox funksionallıqlarla təmin edir. Bunlara misal olaraq IntelliSense və kod Snippetsgöstərmək olar. Bundan başqa proqramçılar kodu daha rahat və sürətli oxuması üçün rəngləndirmə və açıqlama sətirləri yazma kimi xüsusiyyətləri də var. Biz IDE vasitəsi ilə yazdığımız kodu compile və test bilirik. Çıxan xətaların hansı sətirdə çıxdığını və s. kimi bizə böyük üstüklüklər yaradır. 

İlk proqram

C# da ilk proqram yazmaq üçün IDE olaraq Microsot-ın hazırladığı  Visual Studio proqramından istifadə edəcəyik. Mən Visual Studio community üçün olan versiyasından istifadə edəcəm. Əgər Visual Studio sizin kompüterinizdə yoxdursa siz onu yükləyib quraşdırmalısınız.  Visual Studionu buradan yükləyə bilərsiz. Quraşdırılma bitdikdən sonra siz Visual Studio 2019-u açdıqda ilk pəncərə aşağıdakı kimi olacaq.

Pəncərənin sağ aşağı hissəsində Create a new project düyməsin vuraraq yeni proqram yaradılma səhifəsinə keçə bilərsiz. Buradan hazırlayacağımız proqramın necə bir proqram olacağını yəni Console, Desktop, Web və b. buradan seçirik. Öyrənmək üçün ən yaxşısı Console proqramdır. Axtarışa console yazan zaman avtomatik yazdığınıza uyğun tamplate -lər gələcək. Orada ayrı-ayrı platformalar üçün Console tamplate -lər görəcəksiz.

Siz Console App (.NET Framework) seçərək Next buttonun vursanız aşağdakı şəkildəki kimi səhifə ilə qarşılaşacaqsınız.

Burada hazırlayacağımız proqramın adının yazırıq(Mən MyFirstProject olaraq yazdım). Location hissəsinə isə yazacağımız proqramın kompütermizdə harda yerləşəcəyini seçirik. Yaradacağımız proqram bir Solitionun altında yerləşir. Bir Solitionun altında bir neçə proyekt əlavə edə bilərsiz. Bu zaman Solitionun adını ümumi bir adı seçmək lazımdır. Hələki biz də bir proyekt olacaq və sadə tutaraq Solitionun adını elə proyektimizin adı ilə eyni saxlayıram. Framework hissəsindən isə yazacağınız proqramın hansı .NET framework versiyasi ilə işləyəcəyinizi seçirsiniz.

Qeyd: Siz bunların heç birinə toxunmaya da bilərsiz Visual Studio default(susmaya görə) olaraq proqrama ad(ConsoleApplication1) və yerləşəcəyi yeri seçir. Amma məsləhət görürəm yazacağınız proqramın adını özünüz yazın ki, gələcəkdə onun adına baxaraq nə üçün yaratdığınız yadınıza düşsün.

Create düyməsini sıxdıqdan sonra Visual Studio bizim üçün daxil etdiyimiz parametrlər görə bir proyekt yaradır.

İlk baxşıdan çox qarışıq gələ bilər. Burada çoxlu sayda düymələrin olmasına fikir verməyin. Normalda onların 20% daha çox işlədilənlərdir. Onları da istifadə etdikcə öyrənəcəksiz. İlk proqram üçün Main metodunun içərisinə aşağıdakı kodları şəkildə göstərilən kimi yazın.

Console.WriteLine(“Hello World!!!”);
Console.ReadKey();

F5 və ya yuxarıda ortada Start vuraraq siz yazdığınız proqram işə sala bilərsiz. İşə saldıqdan sonra proqam açılacaq və Hello Word!! yazısını görəcəksiz. Beləliklə C#-da ilk proqram hazırlamış oldunuz.

.NET proqramların arxitekturas

Böyük lahihələr hazırlayan zaman proqramda müəyyən bloklardan istidadə olunur. Bu bloklara Class deyilir. Class məlumat və metodlar saxlayan bir konteynerdir. Metodlar hansısa bir əməliyyat yerinə yetirmək üçün hazırlanır. Classlar bir biri ilə əlaqəli işləyərək müəyyən funksionallıq yaradır. Aşağıdakı Tələbə adlanan classa baxaq

Hər tələbənin adı, soyadı, ata adı və s.  xüsusiyyətləri vardır. Həmçinin tələbənin xüsusi funksiyaları vardır. Məsələn fənn üzrə balını hesablamaq, alacağı stipendiyanı hesablayan, orta balı heablayan və s. Siz bunlara görə tələbəni bir class kimi düşünə bilərsiz. Real layihələrdə yüzlərlə class olur. Hər class hər hans bir funkisonallığı yerinə yetirmə üçün yaradılır. Məsələn istifadəçidən məlumat alma, həmin məlumatın üzərində əməliyyat yerinə yetirən, əməliyyat olunmuş məlumatı databazada saxlayan və s. əməliyyatları yerinə yetirən classlar ola bilər.

Biz bir neçə classları guruplaşdıra bilərik. Bunun üçün onları eyni Namespace-in altında yaratmaq lazımdır. Namespace əlaqəli olan classları özündə saxlayır.

Namespace-ləri də qruplaşdıra bilirik beləki eyni bir funksionallığa xidmət dən Namespace-ləri bir Assemby içərisinədə yara bilərik. Məsələn proqramın baza əməliyyatlarını bir Assembly-də, Məntiq tərəfin ayrı bir Assemblydə yaza bilərik.

Bizim yuxarıda yaratdığımız proqrama baxsaq orada MyFirstProject Namespace onun icərisində Proqram class onun içərisində isə main metodunu görəcəksiz. 

Qeyd: Main metodu proqramın giriş nöqtəsidir yəni proqramı işə saldıqdan sonra main metodu işə düşür. Yazılacağ proqramın işləmə axışını buradan başlayaraq idarə edilir.

Bizdə Assembly adı ilə Namespace-in adı eynidir çünki bizim Proqram classımız bir başa MyFirstProject proyektin altına yaradılıb. Əlbətdə biz orada yazılan Namespace dəyişə bilərik. Amma bunu etmək düzgün hesab etmirəm. Mən hər bir folderin(qovluq) altında olan bütün classlara eyni Namespace yazıram. Onu da həmin folderin proyktdə yerləşdiyi path(yol)-ə görə qoyuram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir