Haradan baslayim

İT sahəsində təhsil alanlar və ya bu sahə haqqında digər formada məlumat alan və başlamaq istəyənlərin ilk qarşılaşdıqları sual budur. “Haradan başlayım?”.

Mənim müşahidələrim onu göstərir ki, bu sahəyə başlamaq istəyənlər əsas iki qrupa bölünür. Birincisi İT sahəsində təhsil alanlar, ikincisi isə dostunda, tanışında, qohumunda görüb, başlamaq istəyənlər. Digər qruplar da var amma onlar çox azlıq təşkil etdiklərinə görə onları qeyd etmədim. 

Bu sahədə təhsil alıramsa deməli bu sahədə karyera qurmalıyam yanaşması etməyin. Əlbətdə təhsiliniz və karyeranız eyni sahəyə aid olması çox yaxşıdır. Amma əvvəlcə sizə maraqlı olub olmamasını yoxlamaq lazımdır.

Bu sahədə dostum, tanışım, yaxınım, qohumum uğur qazanıbsa deməli mən də uğur qazanacam yanaşması etməyin. Əlbətdə əgər sizə bu sahə maraqlıdırsa sizdə uğur qazana bilərsiniz. Maraqlı deyil amma tanışım uğurludur mən də məcbur öyrənim etməyin çünki böyük ehtimalla vaxt itirmiş olacaqsız.

Sizə maraqlı olub olmamasını bilmək üçün çoxlu araşdırma etməlisiniz. İT sahəsi çox genişdir. Məsələn proqramlaşdırma, şəbəkə, sistem, data baza və s. Hal-hazırda yeni sahələr də yaranmaqda davam edir. Buna görə də ayrı-ayır sahələri araşdırın. Hansının sizə daha maraqlı olduğunu düşünürsünüzsə o sahədə daha çox araşdırma edin. Əmin olun ki, sizə qıraqdan cəlbedici görünən deyil, sizə maraqlı olan sahədə uğurlu olacaqsınız. Proqramlaşdırma sahəsin seçmisinizsə başlamağa tələsməyin. Proqramlaşdırma sahəsi də genişdir. Hər sahəyə aid müxtəlif proqramlaşdırma dilləri vardır. Buna görə də proqramlaşdırma sahələrin araşdırın. Mənim Hansı proqramlaşdırma dilini öyrənməliyəm? adlı bloqumda ilkin məlumatlar ala bilərsiz.

Proqramlaşdırmaya başlmaq üçün sizə riyazi məntiq lazımdır. Bu sizə alqoritm qurmaqda kömək edəcək. Əgər self-study etmək istəyirsinizsə sizə İngilis və ya Rus dili ən azı intermadiate səviyyədə lazımdır. Çünki Azərbaycan dilində demək olar ki, resus yoxdur türkcə var amma olmasa ondan yaxşıdır(bu mənim şəxsi fikrimdir) Bunlardan başqa öyrənməyi sevmək vacibdir. Çünki proqramlaşdırma sahəsi çox sürətlə dəyişir. Yeni texnologiyalar yaranır və onlar istifadə olunmağa başlanılır. Siz də bu dəyişimi tutmaq üçün mütləq daima öyrənməlisiniz. Bu sizə qorxulu gəlməsin yeni texnologiyalar öyrənmək və tətbiq etmək ləzzətli bir şeydir. Hər şeyin başında isə əgər maraqlıdırsa durur.

Bundan başqa mütəxəsislərdən və ya bu sahədə uğur qazanmışlardan məsləhət almaqdan qorxmayın. Yazın məsləhətləşin. Sizi maraqlandıran sualları soruşun. 

2 thoughts on “Haradan başlayım?”

  1. Salam Eldəniz bəy. İşlərinizdə uğurlar diləyirəm. Bir sualım var sizə. Əgər mənə maraqlı olan səhəni öyrənmək mənə çətindirsə nə edə bilərəm?

    1. Salam Orxan bəy. Çox sağ olun. Fikrimcə ya öyrənmək üçün düzgün metod seçməmisiniz ya da lazım olduğu qədər maraqlı deyil o sahə sizə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir