proqramlaşdırma dilini

Bu sual proqramlaşdırmaya başlamaq istəyən demək olar ki hər kəsi düşündürür. Bu sualı verənləri çox yaxşı başa düşürəm. Adam proqramlaşdırma haqqında yeni eşidib, başlamaq istəyir amma hardan başlayıb, hansı proqramlaşdırma dilini öyrənməli olduğunu bilmir Müxtəlif proqramçılar müxtəlif proqramlaşdırma dillərini məsləhət görə bilərlər. Bəzilər öz işlədiyi dili, bəziləri xoşladığı dili, bəziləri öyrənmək istədiyi dili, bəziləri daha çox təlabat olan dili məsləhət görə bilər və s. 

Bu sual çox ümumi bir sualdır və cavabı isə “Get filan proqramlaşdırma dilini öyrən” deyəcək qədər sadə deyil. İT sahəsi geniş olduğu kimi proqramlaşdırma sahəsi də çox genişdir. Bir çox proqramlaşdırma sahəsi və onlara uyğun proqramlaşdırma dilləri vardır.

Sistem proqramlaşdırma

Sistem proqramları tətbiqi proqramlara bir platforma təmin etmək və xidmət göstərmək üçün hazırlanmış proqramlardır. Sistem proqramlara misal olaraq Əməliyyat sistemləri, Virus Antivirus proqramları, Data baza proqramları və s. göstərmək olar. Bu tip proqramlar əsasən daha aşağı səviyyəli dillərdə hazırlanır. C və C++ bu dillərə misal ola bilər.

Mobil proqramlaşdırma

Mobil proqramlaşdırma adından da göründüyü kimi mobil telefonlar üçün proqramların hazırlanması prosesidir. Məsələn Android, IOS, Windows Phone bunlara misal ola bilər. IOS proqramlar hazırlamaq üçün Objective-C, Swift, C#(Xamarin) , Android proqramlar hazırlamaq üçün Java, Kotlin, C#(Xamarin), Windows Phone üçün C# dan istifadə edə bilərsiz.

Veb proqramlaşdırma

Veb proqramlaşdırmanı iki yerə də bölə bilərik. Front-End proqramlaşdırma və Back-End proqramlaşdırma. Veb proqramlar Client Server olaraq iki hissədən ibarətdir. Client proqramın istifadəçinin kompüterində işlədiyi hissəsi, Server isə proqramın serverdə işlədiyi hissəsidir. Client tərəfin istifadəçinin gördüyü interfeysdir. Proqramın Client tərəfinin hazırlanmasına Front-End proqramlaşdırma, Server tərəfinin hazırlanmasına isə Back-End proqramlaşdırma deyilir. Front-End proqramçı olmaq istəyirsizsə HTML, CSS, Javascript dilləri mütləq bilməlisiz. Bundan başqa bir çox frameworklər varki demək olar onlar da Front-End üçün olmazsa olmazlardandırlar. Angular, React, Bootstrap və s. misal göstərmək olar. Typescript dilini isə bütün Front-End proqramçı olmaq istəyən hər bir kəsə məsləhət görürəm.

Back end üçün isə bir çox proqramlaşdırma dili vardır. Bunlardan ən məhşurları kimi C#, Java, Python, PHP və s. misal göstərmək olar. PHP dili Veb sayt üçün əvəz olunmaz dilir. Veb sayt deyərkən mən reklam, tanıtım və s. kimi veb proqramlar nəzərdə tuturam. Veb applicationlar üçün isə mən C# və ya Java məsləhət görürəm. Veb application deyərkən isə hər hansı əməliyyat yerinə yetirən dövlət, bank və s. kimi yerlərdə istifadə olunan proqramlar nəzərdə tuturam. Məsələn Pensiya təyinatı sistemi. Python da xaricdə çox məhşur dildir. Azərbaycanda da getdikcə tanınmağa başlayır. Amma onun C# və ya Java -nı Azərbaycanda üstələməyinə inanmıram. Çünki çox proqramlar bu dillərdə yazılıb və istifadə olunur. Bu proqramların Python-a keçirilməsi çox vaxt və maliyə sərfinə başa gələr

Oyun proqramlaşdırma

Adından da göründüyü kimi oyun proqramlaşdırma oyun proqramlarının hazırlanmasıdır. Oyunları da İOS, Android, Desktop bölə bilərik. Bunlara görə siz fərqli dilləri seçə bilərsiz.  IOS üçün Objective-C, Swift, C#(Xamarin) , Android üçün Java, Kotlin, C#(Xamarin), Windows üçün C# dan istifadə edə bilərsiz.

Desktop proqramlaşdırma

Desktop proqramlar hazırlamaq üçün çox geniş proqramlaşdırma dilləri vardır. Bunlara misal olaraq C#, Java, Python və s. göstərmək olar.

Bir dili bilərək bir siz bir neçə sahədə proqram hazırlaya bilərsiz. Məsələn C# və ya Java bilərək siz həm Veb(Back-End), Desktop və Android proqramlar hazırlaya bilərsiz. Bundan başqa C# bilək həm İOS həm də oyun proqramlar hazırlaya bilərsiz. 

Siz birinci hansı proqramlaşdırma sahəsinə getmək istəyirsiz ona baxmalısız. Əgər proqramçı olacağınızı qərara almısınızsa və hər hansı bir sahəni seçə bilmirsizsə deməli bu sahələr üzrə sizə daha çox məlumat lazımdır. Ona görə də bu sahələrin hər biri üzrə daha çox araşdırmalar edin. Sahənizi seçdikdən sonra o sahə üzrə daha çox araşdırma edin.  Bundan sonra hansı proqramlaşdırma dilini öyrənəcəyinizə qərar verin.

Daha aşağı səviyyəli proqrmalaşdirma dilləri sizə sıxıcı gələ bilər. Düşunə bilərsiz ki, bu iş sizlik deyil amma bəlkə də çox daha yaxşi bir proqramçı ola bilərsiniz. Ona görə mən sizə daha çox yuxarı səviyyəli proqramlaşdırma dillərindən birini məsləhət görürəm. Ən əsası isə sizin marağınızı daha çox hansı sahə cəlb edirsə əmin olun ki orada daha uğurlu olacaqsız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir