Dəyişənlər

Dəyişənlər məlumat saxlayan bir konteynerdir. Dəyişənləri kompüterinizin yaddaşında(RAM-da) müvəqqəti yer tutan bir qutu kimi fikirləşə bilərsiniz. Hər bir dəyişənin məlumat tipi olmalıdır. Bu tiplər həmin dəyişəndə saxlanılacaq məlumatın tipini və ölçüsünü təyin edir.

Primitiv məlumat tipləri

C# müxtəlif məlumat tipləri var. Aşağıdakı cədvəldə C# da ən çox istifadə olunan built-in məlumat tipləri sadə istifadə nümunəsi ilə verilib.

Bunlardan başqa biz özümüz də müxətli məlumatlar saxmamaq üçün tiplər yarada bilərik.

Dəyişənlərin yaradılması

Dəyişənləri yaradan zaman onda hansı tip məlumat saxlayacağımız bildirməliyik. Dəyişənlərin yaradılması zamanı birinci saxlayacağımız məlumatın tipini daha sonra dəyişənin adını daxil edirik. C# -da dəyişən yaradılma sintaksisi aşağıdakı kimidir.

<Məlumat tipi> <Dəyişənin adı>;

Məsələn tələbənin adını saxlayacaq dəyişən yaratmaq istəsək aşağıdakı kimi yaza bilərik.

string studentName;

Burada string, studentNameadlı dəyişəndə mətin tipli məlumat saxlanılacağını göstərir. 

Əgər tələbənin yaşını saxlamaq isətsək aşağıdakı kimi dəyişən yarada bilərik.

int studentAge;

Burada int, studentAgeadlı dəyişəndə rəqəm tipli məlumat saxlanılacağını göstərir.

Yuxarıda yaratdığımız dəyişənlər hansı tip məlumat saxlayacaqları təyin edilib amma hansı məlumat saxladığı hələ ki təyin edilməyib. Bunlara Unassigned local dəyişənlər deyilir. Biz bu dəyişənləri istifadə etməyə çalışsaq compile zamanı xəta çıxacaq.

int studentAge;
Console.WriteLine(studentAge); // compile-time error

Dəyişənlərdə məlumat saxlamaq üçün “=” işarəsindən istifadə olunur. “=” işarəsi mənimsətmə operatorudur. Bu operator özündən solda olan dəyişənə özündən sağda olan dəyəri(məlumatı) mənimsədir. Məsələn aşağıdakı ifadə əvvəlcədən yaradılmış dəyişənə 20 dəyərini mənimsədir.

int studentAge;
studentAge=20;

Siz dəyişən yaradan zaman da bir başa mənimsətmə operatorundan istifadə edə bilərsiniz.

int studentAge=20;

Dəyişənə ancaq təyin etdiyiniz tipdə məlumat mənimsədə bilərsiz. Əgər digər tipli məlumat mənimsədməyə çalışsaz xəta alacaqsız. Məsələn aşağıdakı koda baxaq.

int studentAge;
studentAge=”Eldaniz”; //Compiler zamanı xəta (Cannot implicitly convert type 'string' to 'int')

Constant dəyişənlər

Constant dəyişənlər bir dəfə yaradılan zaman məlumat mənimsədilir və run time zamanı dəyişdirilə bilinmir. Mütləq şəkildə yaradılan zaman constant dəyişənlərə məlumat mənimsədilməlidir. Constant dəyişənlər statik olur və yaradılan zaman const açar sözündən istifadə olunur. Constant dəyişənlərin yaradılma sintaksisi aşağıdakı kimidir.

 const <Məlumat tipi> <Dəyişənin adı> = <data>;
const int StudentAge=20;
const string StudentName=”Ali”;

Bütün proqram boyu dəişməyən sabit dəyişənləri constant edilə bilər. Məsələn pi(3.14159265359) heç bir zaman dəyişməyən rəqəmdir. Proqramda bu tipli sabitlər olarsa onu sonradan istəmədən məlumat mənimsədilməsinin qarşısını almaq üçün constant edilməsi lazımdır.

Readonly dəyişənlər

Readonly dəyişənlər həm yaradılan zaman həm də statik olmayan constructor-larda məlumat mənimsədilə bilər. Constant dəyişənlərdən fərqli olaraq readonly dəyişənlər yaradılan zaman məlumat mənimsədilməyə də bilər və run-time zamanı dəyişdirilə bilər(statik olmayan constructor-larda). Readonly dəyişənlərin yaradılma sintaksisi aşağıdakı kimidir.

 readonly <Məlumat tipi> <Dəyişənin adı>;
readonly int StudentAge=20;
readonly string StudentName;

Əgər siz istəyirsiz ki, sizin dəyişəniniz constant dəyişən olsun amma onun saxlayacağı məlumatı compile-time-da deyil run-time-da mənimsədilsin bu zaman readonly istifadə edə bilərsiniz.

Dəyişənlərin adlandırılması

Dəyişənlərə istifadə olunduğu blokun içərisində unikal adlar vermlisiniz. Dəyişənlərin düzgün adlandırılması çox vacibdir. Məsələn bir dəyişən yaradıb adını “a” qoymusuz və bu dəyişəni bir çox yerdə istifadə etmisiz. Əgər layihəyə başa bir proqramçı əlavə olunsa o həmin koda baxıb asanlıqa anlaya bilməyəcək orda nə iş görülür. Hətda bir müddət sonra siz belə özünüz yazdığınız koda baxdıqda həmin dəyişənin nə üçün yaratdığızını anlamaqda çətinlik çəkəcəksiz. Dəyişənləri adlandıran zaman onun necə məlumat saxladığına uyğun bir ad vermək lazımdır. Düzgün adlandırlımış kod daha oxunaqlı və aydın başa düşülən olacaq. Məsələn siz bir işçinin maaşını saxlayan dəyişən yaradan zaman onun adını a, b və s. kimi əvəzinə “salaryOfEmployee” və ya “ishcininMaashi” qoymağınız məqsədə uyğundur. C# böyük və kiçik həriflər həssas(case sensitive) dildir. Yəni siz eyni bir blokun icərisində “salaryOfEmployee” və “SalaryOfEmployee” adlı iki dəyişən yarada bilərsiz. Amma bu formada iki dəyişən yaratmaq çox da yaxşı deyil çünki dəyişənləri istifadə edən zaman çox asanlıqla bir biri ilə qarışdırıla bilər. Ona görə belə adlandırma məsləhət görülmür. Dəyişə adlandıran zaman birinci hərfi kiçiklə başlamaq və əgər dəyişən adında iki və daha artıq söz varsa onda sonrakı sözləri böyük hərflə yazmaq daha daha yaxış olar. Məsələn “salaryOfEmployee”. Buna camelCase notation deyilir. Ümumiyyətlə dəyişən adların ingiliscə yazmaq yaxşı olar. Çünki gələcəkdə layihəyə başqa dilli proqramçı əlavə oluna bilər. İngilis dili isə qlobal bir dil və sizin proqramı xüsusi bir dillə limitləmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir