İT layihələr

Bu yazımda hər-hansı bir proqramlaşdırma texnologiyasında və ya kodlardan danışmayacam. Bildiyiniz kimi biz şirkətlər üçün İT həllər təklif edirik. Bu yazımda biz proqram təminati hazırlayan zaman hansı mərhələlər aparırıq və həmin mərhələlərin məqsədləri haqqında qısa məlumat vermişəm.

Biz proqram təminatı hazırlayan zaman aşağıdakı mərhələlər aparırıq.

  1. Planlaşdırma
  2. Layihənin analtikası
  3. Arxitekturanın hazırlanması
  4. Proqramlaşdırma
  5. Testləşdirmə
  6. Dəstək

Planlaşdırma

Bu mərhələdə sifarişçi tərəfin istəkləri və tələbləri ilkin variantda araşdırırıq. Sifarişçi tərəfin ilkin istəklərinə görə və digər məlumatlara məsələn sistemin istifadə genişliyi, integrasiya oluna bilən sistemlər, maliyyə və s. əsasən İT həllimiz haqqında ilkin məlumat veririk. Misal üçün hansı mühitdə hazırlanacaq, hansı məlumat bazasında istifadə ediləcək və s. göstərmək olar. Bu mərhələdə biz sifarişçi tərəflə birlikdə riskləri araşdırırıq və sistemin onların biznesslərində necə kömək edəcəyi haqqında məlumat veririk.

Layihənin analtikası

Bu mərhələdə sifarişçi tərəfin bütün istəkləri araşdırılır. Sistemdə olan bütün əməliyyatlar müəyyənləşdirilir və bizim tərəfimizdən sifarişçi tərəfə İT məqsədli əlavə təkliflər və həllər təqdim edilir. Bu mərhələdə bizim tərəfimizdən Software Requirement Specification(SRS) sənədi hazırlanır və sifarişçi tərəf ilə razılaşdırılır.

Arxitekturanın hazırlanması

Bu mərhələdə biz SRS sənədinə əsasən ən uyğun sistem arxitekturasi hazırlayırıq. Hansı texnalogiyalardan istifadə ediləcək, hansı dizayn modullar olacaq, hansı kod yanaşmalar tətbiq ediləcək və s. məlumatlardan ibarət olan sənəd hazırlayırıq. Bundan başqa bu mərhələdə biz layihənin yerinə yetirilmə planini hazırlayaraq sifarişçi tərəfə təqdim edirik. Sistemin dizayn formaları sifarişçi ilə razılaşdırılır.

Proqramlaşdırma

Bu mərhələdə SRS sənədinə və arxitektura sənədinə uyğun olaraq proqramlaşdırma həyata keçirilir. Yerinə yetirilmə planına əsasən vaxtaşırı sifarişçi tərəflə görüşülüb müzakirə edilir. Layihə hazırlandıqdan sonra testləşdirmə üçün deploy edilir.

Testləşdirmə 

Bu mərhələdə sistemdə tesləşdirmələr aparılır. Sistemdə olan bütün əməliyyatlar testerlər tərəfindən yaxşıca yoxlanılır. Çıxan buglar, xətalar və digər hallar qeyd edilir. Tesləşdirmə bitdikdən sonra çıxan problemlər proqramçılar tərəfindən həll edilir və sistem production-a yəni reala yerləşdirilir.

Dəstək

Tesləşdirmə bitdikdən sonra sistemi production-a yerləşdirilir. Bu bəzən modul-modul bəzən də iş tam bitdikdə sonra yerinə yetirilir. Bu əsasən sifarişçinin istəyinə və proqamın modullarının bir-birindən asılılıq dərəcəsinə görə müəyyənləşdirilir. Bəzən də biz proqramın hissə-hissə yalınz sifarişçi tərəfin qeyd etdikləri istifadəçilər üçün sistemi deploy edirik. Bu sifarişçi tərəfin iş bitmədən istədikləri düzəlişləri yerinə yetirmək üçün düşünülüb. Sistemin performansını yoxlayırıq və digər dəstəklər göstəririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir