Memento Pattern

Bu yazmıda Memento Pattern haqqında yazacam. Nədir Memento Pattern?, nə üçün istifadə olunur? və necə implement olunmalıdır?

Problem

Heç olubmu siz obyektin hər hansı bir property-sinin dəyərini dəyişdikdən sonra onu geri qaytarmaq istəyəsiniz?. Yəni obyekti Undo edəsiniz.

Memento Pattern oxumağa davam et
Facebook Comments

Dəyişənlər

Dəyişənlər məlumat saxlayan bir konteynerdir. Dəyişənləri kompüterinizin yaddaşında(RAM-da) müvəqqəti yer tutan bir qutu kimi fikirləşə bilərsiniz. Hər bir dəyişənin məlumat tipi olmalıdır. Bu tiplər həmin dəyişəndə saxlanılacaq məlumatın tipini və ölçüsünü təyin edir.

Dəyişənlər oxumağa davam et
Facebook Comments

Proqram arxitekurası

Yeni layihəyə başlayan zamanı proqramçını ilk düşündürən suallardan biri proqram arxitekurası olur. Proqramların hazırlanması zamanı arxitekturanın düzgün şəkildə qurulması vacib şərtlərdən biridir. Proqramın arxitekturası proqramın necə yazılmasına, problemlərə yanaşılma tərzinə bir başa təsir edir. Bu yazımda proqramın arxitekturası necə qurulmalıdır?, proqram hansı layerlərə bölünməlidir?, bu layerlər hansı formada əlaqələndirilməlidir?, hansı tullardan istifadə edilməlidir? və s. suallara cavab tapacaqsınız.

Proqram arxitekurası oxumağa davam et
Facebook Comments

C#-da ilk proqram

Yadımdadır mən ilk dəfə proqramlaşdırma haqqdında eşidəndə çoxlu suallarım yaranmışdı. Necə proqram yazırlar?, Nələrdən istifafə edirlər?,  Kodu harada yazmalıyam? və s. Universitetdə birinci kursda oxuyan zaman mənə ixtisas fənnlərdən dərs deyən müəllimlərin az qalsın hamsına vermişdim bu sualları. Amma nə yalan deyim axtardığım cavabları almamışdım. Bu yazımda sizə bunlar haqqda ətraflı məlumat verəcəm və sizin üçün C#-da ilk proqram hazırlayacam.

C#-da ilk proqram oxumağa davam et
Facebook Comments

Repository və UnitOfWork Pattern

Məlumatların databazaya yazılması, oxunması, dəyişdirilməsi və silinməsi demək olar ki bütün layihələrdə olur. Bu əməliyyatlara CRUD əməliyyatları deyilir. Bəs CRUD əməliyyatlarını yerinə yetirən funksiyaları hansı formada yazmaq lazımdır?. Bu postda mən sizə CRUD əməliyyatlarını yerinə yetirilməsinin ən yaxşı üsullarından biri olan Repository və UnitOfWork Pattern haqqında yazmışam. Bu postu oxuduqdan sonra Repository və UnitOfWork Pattern nədir?, Bizə hansı üstünlüklər verir və s.  suallara cavab tapacaqsız.

Repository və UnitOfWork Pattern oxumağa davam et
Facebook Comments

C# və .NET Framework

C# nədir?, .NET Framework nədir?, C# varsa .NET Framework nə üçün ehtiyacımız var? C# və .Net Framework -in nə əlaqəsi var?. Biz bunların birini istifadə etsək bizə bəs etmir?. Bu suallar bir çox yeni başlayanları düşündürür. Ona görə də bu məqaləni yazmağa qərara gəldim.

C# və .Net Framework bəzi şəxslər tərəfindən tək bir anlayış olaraq qəbul edilir. Amma bu iki anlayış bir birindən tamam fərqli məqsədlər üçün yaradılmışdır. C# bir proqramlaşdırma dilidirsə .NET Framework bir platformadır. C# da yazılmış proqramlar bu platforma üzəridə işəyir kimi anlamaq olar. .NET Framework tək C# ilə limitlənməyib. .NET Framework ilə biz C# dan başqa bir neçə proqramlaşdırma dilindən də istifadə edə bilərəik. Bunlara misal olaraq F#, VB.NET göstərmək olar.

C# və .NET Framework oxumağa davam et
Facebook Comments

Hansı proqramlaşdırma dilini öyrənməliyəm?

Bu sual proqramlaşdırmaya başlamaq istəyən demək olar ki hər kəsi düşündürür. Bu sualı verənləri çox yaxşı başa düşürəm. Adam proqramlaşdırma haqqında yeni eşidib, başlamaq istəyir amma hardan başlayıb, hansı proqramlaşdırma dilini öyrənməli olduğunu bilmir Müxtəlif proqramçılar müxtəlif proqramlaşdırma dillərini məsləhət görə bilərlər. Bəzilər öz işlədiyi dili, bəziləri xoşladığı dili, bəziləri öyrənmək istədiyi dili, bəziləri daha çox təlabat olan dili məsləhət görə bilər və s. 

Hansı proqramlaşdırma dilini öyrənməliyəm? oxumağa davam et
Facebook Comments

Proqramlaşdırma nədir?

Son ilərdə proqramlaşdırmanın çox məhşur olduğunu çoxumuz eştimişik. Məhz buna görə dünyada və Azərbaycanda bir çox tələbələr bu sahəni seçir və gələcək karyerasının inkişaf etdirib çox böyük şirkətlərdə işləmək istəyirlər. Bəs proqramlaşdırma nədir? Nə üçün lazımdır?

Proqramlaşdırma hər hansı bir məqsədə çatmaq üçün lazım olan əmrlər ardıcıllığının kompüterin anlayacağı dilə çevirmə prosesidir. Bizə lazım olan məqsədə çatmaq üçün olan əmrlər ardıcıllığına alqoritm deyilir. 

Proqramlaşdırma nədir? oxumağa davam et
Facebook Comments

Alqoritm anlayışı

Proqramlaşdırmaya başlayan zaman qarşınıza çıxan ilk anlayışlardan biri alqoritm anlayışı olacaq. Bəs nədir bu alqoritm?. Bu anlayış bizə lazımdırmı?. Əgər lazımdırsa biz bunu harada istifadə edirik?

Alqoritm hər hansı bir məqsədə çatmaq üçün və ya verilmiş məsələni həll etmək üçün müxtəlif sonlu sayda əməliyyatlar ardıcıllığıdır. Biz gündəlik həyatımızda müxtəlif alqoritmlərdən istifadə edirik. Məsələn səhər yuxudan durub universitetə və ya işə çatmaq üçün hər gün eyni ardıcıllıqla addımlar atırıq. 

Alqoritm anlayışı oxumağa davam et
Facebook Comments